slide00
img1
img2
img3
img4
img5
img6
img7
img8
img9
img10
img11
img12
 

Biz sizə vitraj yaradmaq üçün istifadə etdiyimiz məhsulları təqdim edən şirkət haqqında danışmaq istərdik. RegaLead şirkəti vitraj yaradmaq üçün lazım olan materialların hazırlanması sahəsində Avropanın aparıcı istehsalçılarındandır. RegaLead şirkətinin əsas qərərgahı Mançesterdə yerləşir. Şirkət öz məhsulunu dünyanın 80 -dən çox ölkəsində yayır və 25 ildən artıqdır ki öz müştərilərini məhsullarının müxtəlif və boyük çeşidi ilə təəccübləndirir. Şirkət əsasən "Overlay" dekorativ sistem üzərində ixtisaslaşıb.

Bəs "Overlay" nədir?

"Overlay"- əsasını ilkin yapışqan səth təşkil edən RegaLead şirkətinin məhsul ürünləridir. Bu gözəl və çarpıcı qoyulma vitrajları yaratmaqa xidmət edən rəngli əlavə qoyulma lövhəciklər və yapışqan qurğuşun lentlərdir.Bu sistem ənənəvi klassik vitraj effektini dəqiq almaq üçün istifadə olunur.

"Overlay" sistemi ənənəvi vitrajlarla müqaisədə bir sıra üstünlüklərə malikdir:

·         azaldılmış çəki - bütöv şuşə təhlükəsizdir və ikiqat şüşələməni tələb etmir.

·         dizayın azadlığı- aparıcı xətlər möhkəmlik üçün dəstək tələb etmir. Bu, eskiz tərtibatında bəzi texniki nüanslardan qaçınmağa kömək edir.

·         "Overlay" sistemi yalnız şüşədə deyil, həm də plastik üzərində istifadə edilə bilər.

·         daha sərfəli qiymət, işin qısa müddətdə yerinə yetirilməsi ilə yüksək keyfiyyətin birləşməsi.

RegaLead "Overlay" sistemi 25 il ərzində daimə inkişaf edir və təkminləşir. Məhsulun keyfiyyəti  ISO 9001:2000 uyğun olaraq akkreditə olunmuşdur.Şirkətin bütün materialları şüşəpaketlərdə istifadə üçün yararlıdır və EN1279 avropa standartına uyğunluqları istiqamətində  test ediliblər. Şirkət "Overlay" sistemindən savayı fasetləri də (Bevels)  istehsal edir və artıq 20 ildir ki  bütün dünyayı onlarla təchiz edir. RegaLead şirkəti Avropa bazarında faset istehsalı istiqamətində  möhkəm bərqərar olub. Fasetlər ilk növbədə bütöv bir şüşə üzərinə qoyulmaq üçün nəzərdə tutulub, onların kənarları 1.5-1.8 mm məsafədə çəpləşməyə malikdir.

Şirkət haqqında daha ətraflı məlumatı Siz www.regalead.co.uk internet səhifəsində tapa bilərsiniz.